Surə 6 · Cüz 7
Al-An'am · 6:105
وَكَذَٰلِكَ نُصَرِّفُ الْآيَاتِ وَلِيَقُولُوا دَرَسْتَ وَلِنُبَيِّنَهُ لِقَوْمٍ يَعْلَمُونَ
105. Biz ayələri beləcə izah edirik ki, onlar: “Sən dərs almısan”– desinlər və Biz də Quranı bilən adamlara izah edək.
Təfsir
Biz Allahın qüdrətinə dəlalət edən dəlilləri növbənöv etdiyimiz kimi, Cənnət, Cəhənnəm və öyüd-nəsihət barədə olan ayələrimizi də növbənöv etmişik. Müşriklər: "Bu, vəhy deyildir, sən bunu özündən əvvəlki Kitab əhlindən dərs almısan"– deyəcəklər. Biz bu ayələri Muhəmmədin - səllallahu aleyhi və səlləm - ümmətindən olan möminlər üçün növbənöv etməklə insanlara haqqı bəyan edirik. Çünki haqqı qəbul edib, ona tabe olanlar məhz elə onlardır.