Surə 6 · Cüz 7

Al-An'am · 6:104

قَدْ جَاءَكُمْ بَصَائِرُ مِنْ رَبِّكُمْ ۖ فَمَنْ أَبْصَرَ فَلِنَفْسِهِ ۖ وَمَنْ عَمِيَ فَعَلَيْهَا ۚ وَمَا أَنَا عَلَيْكُمْ بِحَفِيظٍ

104. De: “Rəbbinizdən sizə göz qa­ba­ğında olan dəlillər gəl­miş­dir. Kim on­la­rı görsə, xeyri onun özünə, kim kor olsa, zərəri onun öz əleyhinə olar. Mən sizin üstü­nüzdə gözətçi deyiləm”.

Təfsir

Ey İnsanlar! Artıq Rəbbinizdən sizə açıq-aydın dəlillər gəl­miş­dir. Kim bu dəlillərə tabe olub boyun əyərsə, xeyri onun özünə, kim də bunları görməkdən kor olub, tabeçilik göstərməyib boyun əyməsə, bunun zərəri yalnız öz əleyhinə olar. Mən sizin üstü­nüzdə, əməllərinizi haqq-hesab edən gözətçi deyiləm. Mən yalnız Rəbbimdən olan bir elçiyəm. Sizin üzərinizdə gözətçi isə Allahdır.

Oxuyucuda aç - Surəni tam oxu