Surə 57 · Cüz 27

Al-Hadid · 57:4

هُوَ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ فِي سِتَّةِ أَيَّامٍ ثُمَّ اسْتَوَىٰ عَلَى الْعَرْشِ ۚ يَعْلَمُ مَا يَلِجُ فِي الْأَرْضِ وَمَا يَخْرُجُ مِنْهَا وَمَا يَنْزِلُ مِنَ السَّمَاءِ وَمَا يَعْرُجُ فِيهَا ۖ وَهُوَ مَعَكُمْ أَيْنَ مَا كُنْتُمْ ۚ وَاللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌ

4. Göyləri və yeri altı gündə yara­dan, sonra da Ərşə ucalan Odur. O, yerə gi­rəni də, ora­dan çıxanı da, göydən enəni də, oraya qal­xanı da bilir. Siz ha­rada olsanız belə, O si­zin­lə­dir. Allah sizin nə etdik­lərinizi gö­rür.

Təfsir

Hərçənd, O, göyləri və yeri altı gündə yaratmış - bazar günü başlamış və cümə günü bitirmişdir, lakin O, bunları bir göz qırpımından da tez yaratmağa qadirdir. Sonra pak və müqəddəs Allah ərşə yüksəlmiş və ora Özünə layiq tərzdə ucalmışdır. O, yerə gi­rən yağışı, toxumu və sairəni, ora­dan çıxanı bitkiləri, mədənləri və sairəni, göydən enən yağışı, vəhyi və sairəni və oraya qal­xan mələkləri, insanların əməllərini və ruhlarını biləndir. Ey insanlar! Siz ha­rada olsanız, O Öz elmi ilə si­zin­lə­dir. Sizin işlərinizdən heç bir şey Ona gizli qalmaz. Allah sizin nə etdik­lərinizi gö­rür. Əməllərinizdən heç bir şey Ona gizli qalmaz və O, sizə bu əməllərin əvəzini verəcəkdir.

Oxuyucuda aç - Surəni tam oxu