Surə 57 · Cüz 27

Al-Hadid · 57:3

هُوَ الْأَوَّلُ وَالْآخِرُ وَالظَّاهِرُ وَالْبَاطِنُ ۖ وَهُوَ بِكُلِّ شَيْءٍ عَلِيمٌ

3. Əvvəl də, Axır da, Zahir də, Batin də Odur. O, hər şeyi bilir.

Təfsir

Özündən qabaq heç bir şey olmayan Əvvəl, Özündən sonra heç bir şey olmayan Axır, Özündən üstün heç bir şey olmayan Zahir və Özündən gizlində heç bir şey olmayan Batin Odur. O, hər şeyi biləndir, heç bir şey Ondan gizli qala bilməz.

Oxuyucuda aç - Surəni tam oxu