Surə 57 · Cüz 27
Al-Hadid · 57:26
وَلَقَدْ أَرْسَلْنَا نُوحًا وَإِبْرَاهِيمَ وَجَعَلْنَا فِي ذُرِّيَّتِهِمَا النُّبُوَّةَ وَالْكِتَابَ ۖ فَمِنْهُمْ مُهْتَدٍ ۖ وَكَثِيرٌ مِنْهُمْ فَاسِقُونَ
26. Biz Nuhu və İbrahimi göndərdik, peyğəmbərliyi və Kitabı onların nəslinə nəsib etdik. Onların bir qismi doğru yoldadır, çoxu isə fasiqlərdir.
Təfsir
Biz Nuh və İbrahimi (aleyhiməssəlam) göndərdik, peyğəmbərliyi və nazil edilmiş kitabları onların nəslinə də nəsib etdik. Onların zürriyətindən bir qismi doğru yola müvəffəq olanlardır, çoxu isə Allahı itaətindən çıxmış kimsələrdir.