Surə 51 · Cüz 26
Adh-Dhariyat · 51:16
آخِذِينَ مَا آتَاهُمْ رَبُّهُمْ ۚ إِنَّهُمْ كَانُوا قَبْلَ ذَٰلِكَ مُحْسِنِينَ
16. öz Rəbbinin onlara verdiyini alacaqlar. Həqiqətən, onlar bundan əvvəl yaxşı iş görən adamlar olmuşdular.
Təfsir
Rəbbinin onlara verdiyi gözəl mükafatı alacaqlar. Həqiqətən, onlar bu gözəl mükafatdan əvvəl dünyada yaxşı iş görən kimsələr olmuşdular.