Surə 51 · Cüz 26
Adh-Dhariyat · 51:15
إِنَّ الْمُتَّقِينَ فِي جَنَّاتٍ وَعُيُونٍ
15. Şübhəsiz ki, müttəqilər cənnətlərdə və bulaqlar başında olacaqlar,
Təfsir
Şübhəsiz ki, Rəbbinin əmrlərini yerinə yetirib qadağan etdiyi əməllərdən çəkinməklə Ondan qorxan kimsələr qiyamət günü bağlar və axar çeşmələr başında olacaqlar.