Surə 5 · Cüz 6

Al-Ma'idah · 5:6

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا قُمْتُمْ إِلَى الصَّلَاةِ فَاغْسِلُوا وُجُوهَكُمْ وَأَيْدِيَكُمْ إِلَى الْمَرَافِقِ وَامْسَحُوا بِرُءُوسِكُمْ وَأَرْجُلَكُمْ إِلَى الْكَعْبَيْنِ ۚ وَإِنْ كُنْتُمْ جُنُبًا فَاطَّهَّرُوا ۚ وَإِنْ كُنْتُمْ مَرْضَىٰ أَوْ عَلَىٰ سَفَرٍ أَوْ جَاءَ أَحَدٌ مِنْكُمْ مِنَ الْغَائِطِ أَوْ لَامَسْتُمُ النِّسَاءَ فَلَمْ تَجِدُوا مَاءً فَتَيَمَّمُوا صَعِيدًا طَيِّبًا فَامْسَحُوا بِوُجُوهِكُمْ وَأَيْدِيكُمْ مِنْهُ ۚ مَا يُرِيدُ اللَّهُ لِيَجْعَلَ عَلَيْكُمْ مِنْ حَرَجٍ وَلَٰكِنْ يُرِيدُ لِيُطَهِّرَكُمْ وَلِيُتِمَّ نِعْمَتَهُ عَلَيْكُمْ لَعَلَّكُمْ تَشْكُرُونَ

6. Ey iman gətirənlər! Na­ma­za qalxdığınız zaman üzünüzü və dir­­sək­lərə qə­dər əl­lə­rinizi yu­yun, ba­şı­nıza məsh çəkin və topuq­lara qə­dər ayaqlarınızı yuyun. Əgər cunub olmusunuzsa, qüsl edin. Əgər xəstə və ya səfərdə ol­­sanız, ya­xud siz­lər­dən biri ayaq­yolun­dan gəlibsə və ya qadın­la­rla yaxınlıq etmisinizsə, su tapma­sa­nız, tə­miz torpaqla təyəm­müm edin və ondan üzünüzə və əl­lə­ri­ni­zə sür­tün. Allah sizi çə­tinliyə sal­maq is­təməz, fəqət O sizi pak etmək və sizə olan ne­mətini ta­mam­la­maq istər ki, bəlkə şü­kür edə­siniz.

Təfsir

Ey iman gətirənlər! Na­ma­z qılmaq üçün ayağa qalxmaq istədikdə, dəstəmazsız olsanız, üzünüzü və dir­­sək­lərlə birgə əl­lə­rinizi yu­yun, ba­şı­nıza məsh çəkin və baldır sümükləri ilə pəncə sümüklərinin birləşdiyi yerdə yanlara çıxan iki oynaqla birgə ayaqlarınızı yuyun. Əgər cunub olmusunuzsa, qüsl edin. Əgər xəstə olsanız, qüsl etmə səbəbindən xəstəliyin artmasından və ya şəfanın gecikməsindən qorxsanız yaxud sağlam ikən səfərdə ol­­sanız, ya­xud siz­lər­dən biri ayaq­yolun­dan gəldiyi üçün dəstəmazı və ya qadın­la­rla yaxınlıq etdiyinə görə qüslu olmazsa, təmizlənmək üçün su axtardıqdan sonra tapmasanız, tə­miz torpaqla təyəmmüm edin və əllərinizi yerə vurun ondan üzünüzə və əl­lə­ri­ni­zə sür­tün. Allah, sizin sudan istifadə edib səhhətinizə zərər yerirərək sizə şəri hökmlərində çə­tinliyə sal­maq is­təməz. Xəstəlik üzündən və ya su tapılmadığından sizə suyu əvəz edən torpaqla təyəmmüm etmənizə icazə verməsi, Allahın sizə olan ne­mətinin ta­mam­lıqındandır ki, bəlkə Allahın sizə olan nemətinə şü­kür edib, inkar etməyəsiniz.

Oxuyucuda aç - Surəni tam oxu

Al-Ma'idah 5:6 · Tlawati