Surə 5 · Cüz 6

Al-Ma'idah · 5:5

الْيَوْمَ أُحِلَّ لَكُمُ الطَّيِّبَاتُ ۖ وَطَعَامُ الَّذِينَ أُوتُوا الْكِتَابَ حِلٌّ لَكُمْ وَطَعَامُكُمْ حِلٌّ لَهُمْ ۖ وَالْمُحْصَنَاتُ مِنَ الْمُؤْمِنَاتِ وَالْمُحْصَنَاتُ مِنَ الَّذِينَ أُوتُوا الْكِتَابَ مِنْ قَبْلِكُمْ إِذَا آتَيْتُمُوهُنَّ أُجُورَهُنَّ مُحْصِنِينَ غَيْرَ مُسَافِحِينَ وَلَا مُتَّخِذِي أَخْدَانٍ ۗ وَمَنْ يَكْفُرْ بِالْإِيمَانِ فَقَدْ حَبِطَ عَمَلُهُ وَهُوَ فِي الْآخِرَةِ مِنَ الْخَاسِرِينَ

5. Bu gün pak ne­mətlər sizə ha­lal edildi. Kitab verilənlərin ye­mək­ləri sizə halal, sizin ye­mək­ləriniz də onlara ha­laldır. Mö­min qadınlardan ismətli olanlar və sizdən öncə Kitab verilənlər­dən is­mətli qa­dın­la­r, mehr­­ləri­ni verdiyiniz təq­dir­də, namuslu olub zina­karlıq et­mə­mək və aş­na saxlamamaq şər­ti ilə sizə ha­lal­dır. İmanı inkar edə­nin əməlləri boşa çıxar və o, axi­rət­də ziyana uğrayan­lar­dan olar.

Təfsir

Bu gün Allah sizə ləzzətli yeməkləri və həmçinin yəhudi və nəsranilərdən olan Kitab əhlinin kəsdiklərindən yeməyi və sizin də kəsdiklərinizdən onların yeməsini halal etdi. Mö­min qadınlardan ismətli (özlərini zinadan və nəfslərini haram şeylərdən qoruyan), azad olanlar və sizdən öncə yəhudi və nəsranilərdən olan Kitab verilənlər­dən is­mətli qa­dın­la­r, mehr­­ləri­ni verdiyiniz təq­dir­də, fahişəlik etmədən namuslu olub, onlarla zina­karlıq et­mə­mək və aş­na saxlamamaq şər­ti ilə sizə ha­lal­dır. Kim Allahın qulları üçün qanun etdiyi şəri əhkamları inkar edərsə, iman şərti datil olduğuna görə əməli boşa çıxar və o, Qiyamət günü əbədi qalacağı cəhənnəmə daxil olduğu üçün ziyana uğrayan­lar­dan olar.

Oxuyucuda aç - Surəni tam oxu

Al-Ma'idah 5:5 · Tlawati