Surə 5 · Cüz 6

Al-Ma'idah · 5:59

قُلْ يَا أَهْلَ الْكِتَابِ هَلْ تَنْقِمُونَ مِنَّا إِلَّا أَنْ آمَنَّا بِاللَّهِ وَمَا أُنْزِلَ إِلَيْنَا وَمَا أُنْزِلَ مِنْ قَبْلُ وَأَنَّ أَكْثَرَكُمْ فَاسِقُونَ

59. De: “Ey Kitab əhli! Yal­nız Alla­ha, bizə nazil edilənə və biz­dən əvvəl na­zil edilən­lə­rə iman gətirdiyimizə və si­zin əksəriyyə­ti­ni­zin fasiq ol­duğu­na görə­mi bizdən xoşunuz gəlmir?!”

Təfsir

Ey Peyğəmbər! İstehza edən Kitab əhlinə de: "Siz bizi Alla­ha, bizə nazil edilənə və biz­dən əvvəl na­zil edilən­lə­rə iman gətirdiyimiz üçün və si­zin əksəriyyə­ti­ni­zin Allaha imanı və Onun əmrlərinə tabe olmağı tərk edib, Allaha itaət etməkdən xaric olduğunuza inandığımıza görə bizə eyib edirsiniz? Sizin bizə eyibiniz, bizim üçün məzəmmət deyil, əksinə bu bizə şərəfdir".

Oxuyucuda aç - Surəni tam oxu