Surə 5 · Cüz 6
Al-Ma'idah · 5:58
وَإِذَا نَادَيْتُمْ إِلَى الصَّلَاةِ اتَّخَذُوهَا هُزُوًا وَلَعِبًا ۚ ذَٰلِكَ بِأَنَّهُمْ قَوْمٌ لَا يَعْقِلُونَ
58. Siz namaza çağırdığınız zaman onlar onu məsxərəyə qoyub oyun-oyuncaq sayarlar. Bu, onların düşüncəsiz bir toplum olmalarına görədir.
Təfsir
Allaha yaxınlaşdıran ən əzəmətli əməl, namaz üçün azan verdiyiniz zaman onlar bunu məsxərəyə qoyub oyun-oyuncaq sayarlar. Bu, Allahın insanlar üçün qoyduğu şəriətin və ibadətin həqiqi mənasını dərk etməyən bir qövüm olduqlarına görədir.