Surə 5 · Cüz 6

Al-Ma'idah · 5:41

۞ يَا أَيُّهَا الرَّسُولُ لَا يَحْزُنْكَ الَّذِينَ يُسَارِعُونَ فِي الْكُفْرِ مِنَ الَّذِينَ قَالُوا آمَنَّا بِأَفْوَاهِهِمْ وَلَمْ تُؤْمِنْ قُلُوبُهُمْ ۛ وَمِنَ الَّذِينَ هَادُوا ۛ سَمَّاعُونَ لِلْكَذِبِ سَمَّاعُونَ لِقَوْمٍ آخَرِينَ لَمْ يَأْتُوكَ ۖ يُحَرِّفُونَ الْكَلِمَ مِنْ بَعْدِ مَوَاضِعِهِ ۖ يَقُولُونَ إِنْ أُوتِيتُمْ هَٰذَا فَخُذُوهُ وَإِنْ لَمْ تُؤْتَوْهُ فَاحْذَرُوا ۚ وَمَنْ يُرِدِ اللَّهُ فِتْنَتَهُ فَلَنْ تَمْلِكَ لَهُ مِنَ اللَّهِ شَيْئًا ۚ أُولَٰئِكَ الَّذِينَ لَمْ يُرِدِ اللَّهُ أَنْ يُطَهِّرَ قُلُوبَهُمْ ۚ لَهُمْ فِي الدُّنْيَا خِزْيٌ ۖ وَلَهُمْ فِي الْآخِرَةِ عَذَابٌ عَظِيمٌ

41. Ey Rəsul! Qəlbləri iman gə­tir­mədi­yi halda ağızları ilə: “İman gətirdik!”– deyən kim­sələrdən və yəhu­dilərdən küfrə can atanların halı səni kədər­lən­dirməsin. Onlar yalanı həvəslə dinlə­yir, həm də sənin ya­nı­na gəlməyən başqa bir ca­ma­ata həvəslə qu­laq asırlar. Bunlar haqqı bildik­dən sonra kəl­mələrin yerlərini də­yiş­dirib onlara deyirlər: “Əgər sizə bu də­yişdirilən hökm verilsə, onu gö­tü­rün. Yox əgər o ve­rilməsə, ondan çə­kinin!” Allah kimi fitnəyə salmaq is­tərsə, sən ondan ötrü heç bir şey­lə Allaha ma­ne ola bilməz­sən. Onlar o kəs­lər­dir ki, Allah on­la­rın qəl­bini tə­miz­lə­mək istə­mə­miş­dir. Onlar üçün dün­yada rəzillik, axi­rət­də isə bö­yük bir əzab vardır.

Təfsir

Ey Peyğəmbər! Qəlblərində küfrü gizlədib, zahirdə isə özlərinin iman gətirdiklərini göstərərək, səni qəzəbləndirmək üçün küfr əməllər etməyə can atan münafiqlərin və yəhu­dilərdən öz böyüklərindən yalanı dinləyib, bunu qəbul edib, sənə üz çevirərək sənin yanına gəlməyən başçılarına təqlid edənlərin halı səni kədər­lən­dirməsin. Onlar Tövratdakı Allahın kəlamının öz havalarına uyğun olaraq də­yiş­dirib onlara tabe olanlara deyirlər: "Əgər Muhəmmədin hökmü sizin istəyinizə müvafiq olsa, ona tabe olun. Yox əgər istəyinizə müvafiq olmasa, ondan çə­kinin!" Ey Peyğəmbər! Allah insanlardan kimi azdırmaq is­tərsə, sən kiminsə onu azğınlıqdan çıxarıb, haqq yoluna yönəldən tapa bilməz­sən. Yəhudilərdən və münafiqlərdən bu sifətlərə sahib kimsələr, məhz Allah on­la­rın qəl­blərini küfrdən tə­miz­lə­mək istə­mdiyi kimsələrdir. Onlar üçün dün­yada rəzillik və ar, axi­rət­də isə bö­yük bir əzab, cəhənnəm əzabı vardır.

Oxuyucuda aç - Surəni tam oxu