Surə 5 · Cüz 6
Al-Ma'idah · 5:40
أَلَمْ تَعْلَمْ أَنَّ اللَّهَ لَهُ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ يُعَذِّبُ مَنْ يَشَاءُ وَيَغْفِرُ لِمَنْ يَشَاءُ ۗ وَاللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ
40. Məgər bilmirsən ki, göylərin və yerin mülkü Allaha məxsusdur? O, istədiyinə əzab verər, istədiyini də bağışlayar. Allah hər şeyə qadirdir.
Təfsir
Ey Peyğəmbər! Göylərin və yerin mülkünün Allaha məxsus olduğunu və Allahın orada istədiyi etdiyini artıq bildin. O, istədiyinə ədaləti ilə əzab verər, istədiyini də Öz lütfü ilə bağışlayar. Həqiqətən, Allah hər şeyə qadirdir. Onu heç bir şey aciz edə bilməz.