Surə 5 · Cüz 6

Al-Ma'idah · 5:36

إِنَّ الَّذِينَ كَفَرُوا لَوْ أَنَّ لَهُمْ مَا فِي الْأَرْضِ جَمِيعًا وَمِثْلَهُ مَعَهُ لِيَفْتَدُوا بِهِ مِنْ عَذَابِ يَوْمِ الْقِيَامَةِ مَا تُقُبِّلَ مِنْهُمْ ۖ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ

36. Əgər yer üzündə olan hər şey, üs­­təlik bir o qədəri də ka­fir­lərin ol­sa və on­lar bu­nu Qiyamət gü­nü­nün əza­bından qur­tulmaq üçün fidyə ver­sə­lər, onlardan əsla qəbul edilməz. Onlar üçün ağrılı-acılı bir əzab vardır.

Təfsir

Şübhəsiz ki, Allahı və Onun peyğəmbərlərini inkar edənlərin hər birinin mülkü, yer üzündə olanların hamısı, üstəlik, bir o qədər də özlərinin olsa və on­lar bu­nu Qiyamət gü­nü­ Allahın əza­bından canlarını qur­tarmaq üçün versələr, bu fidyə əsla onlardan qəbul edilməz. Onlar üçün ağrılı-acılı bir əzab vardır.

Oxuyucuda aç - Surəni tam oxu