Surə 5 · Cüz 6
Al-Ma'idah · 5:35
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اتَّقُوا اللَّهَ وَابْتَغُوا إِلَيْهِ الْوَسِيلَةَ وَجَاهِدُوا فِي سَبِيلِهِ لَعَلَّكُمْ تُفْلِحُونَ
35. Ey iman gətirənlər! Allahdan qorxun, Ona yaxınlaşmaq üçün vasitə axtarın və Onun yolunda cihad edin ki, bəlkə nicat tapasınız.
Təfsir
Ey iman gətirənlər! Allahın əmrlərini yerinə yetirib, qadağan etdiklərindən çəkinməklə Allahdan qorxun. Sizə əmr etdiklərini əda edib, çəkindirdiklərindən uzaq durmaqla, Ona yaxınlaşmaq üçün yol axtarın. Onun razılığını qazanmaq üçün kafirlərlə cihad edin ki, əgər belə etsəniz, bəlkə istədiyinizə nail olub, qorxduqunuzdan nicat tapasınız.