Surə 5 · Cüz 6

Al-Ma'idah · 5:33

إِنَّمَا جَزَاءُ الَّذِينَ يُحَارِبُونَ اللَّهَ وَرَسُولَهُ وَيَسْعَوْنَ فِي الْأَرْضِ فَسَادًا أَنْ يُقَتَّلُوا أَوْ يُصَلَّبُوا أَوْ تُقَطَّعَ أَيْدِيهِمْ وَأَرْجُلُهُمْ مِنْ خِلَافٍ أَوْ يُنْفَوْا مِنَ الْأَرْضِ ۚ ذَٰلِكَ لَهُمْ خِزْيٌ فِي الدُّنْيَا ۖ وَلَهُمْ فِي الْآخِرَةِ عَذَابٌ عَظِيمٌ

33. Allaha və Onun rəsuluna qar­şı savaşanların və yer üzündə fit­nə-fəsad törət­mə­yə səy göstərənlərin cə­za­sı an­caq öldü­rülmək və ya çarmı­xa çə­kilmək, yaxud əllərinin və ayaq­larının çar­paz­vari kəsilməsi, ya­ da yaşa­dıq­­ları yer­dən sürgün edil­mələri­dir. Bu, on­lar üçün dün­yada bir rüsvay­çı­lıq­dır. Axi­­rət­də isə on­la­rı bö­yük bir əzab gözlə­yir.

Təfsir

Allaha və Onun rəsuluna - səllallahu aleyhi və səlləm - qar­şı savaşanların və yer üzündə qətlə yetirmək, insanların mallarını əllərindən almaq və quldurluq etməklə fit­nə-fəsad törət­mə­yə və ədavət salmağa səy göstərənlərin əzabı an­caq ya çarmıxa çəkilmədən və ya taxta və s. bu kimi şeylər üzərində çarmı­xa çə­kilərək öldü­rülmək, yaxud sag əllərinin və sol ayaq­larının çar­paz­vari kəsilməsi, əgər bundan sonra yenə də bu işə qayıdarsa sol əli və sağ ayağı çar­paz­vari kəsilməsi ya­xud da yaşa­dıq­­ları yer­dən sürgün edilib, heç bir dövlətdə sakin olmağa izin verilməməkdir. Bu əzab, on­lar üçün dün­yada bir rüsvayçılıqdır. Axi­­rət­də isə on­la­rı bö­yük bir əzab gözlə­yir.

Oxuyucuda aç - Surəni tam oxu

Al-Ma'idah 5:33 · Tlawati