Surə 5 · Cüz 6

Al-Ma'idah · 5:32

مِنْ أَجْلِ ذَٰلِكَ كَتَبْنَا عَلَىٰ بَنِي إِسْرَائِيلَ أَنَّهُ مَنْ قَتَلَ نَفْسًا بِغَيْرِ نَفْسٍ أَوْ فَسَادٍ فِي الْأَرْضِ فَكَأَنَّمَا قَتَلَ النَّاسَ جَمِيعًا وَمَنْ أَحْيَاهَا فَكَأَنَّمَا أَحْيَا النَّاسَ جَمِيعًا ۚ وَلَقَدْ جَاءَتْهُمْ رُسُلُنَا بِالْبَيِّنَاتِ ثُمَّ إِنَّ كَثِيرًا مِنْهُمْ بَعْدَ ذَٰلِكَ فِي الْأَرْضِ لَمُسْرِفُونَ

32. Buna görə də İsrail oğul­la­rı­na ya­zıb buyurduq ki, kim bir cana qəsd etməyən və ya yer üzün­də fəsad tö­rət­məyən bir şəxsi öl­dürərsə, bü­tün insanları öl­dürmüş kimi olar. Kim də onu ölüm­­dən xilas edərsə, sanki bütün in­sanları xilas etmiş kimi olar. Pey­ğəmbərlərimiz onlara aydın dəlillər gətirmişdilər. Amma bun­dan sonra da onla­rın çoxu yer üzündə həddi aşdılar.

Təfsir

Qabil qardaşını öldürdüyün görə də İsrail oğul­la­rı­na bildirdik ki, kim bir cana qisas səbəbi ilə qəsd etməyən və ya yer üzün­də küfür, quldurluq edərək fəsad tö­rət­məyən bir şəxsi öl­dürərsə, sanki bü­tün insanları öl­dürmüş kimi olar. Çünki onun üçün cinayətkarla günahsız insan arasında fərq yoxdur. Kim də uca Allahın öldürməyi haram etdiyi bir nəfsi haram olduğunu etiqad edərək öldürməkdən əl çəkib, qətlə yetirməzsə, sanki bütün in­sanları diriltmiş kimi olar. Çünki onun bu əməli bütün insanların salamat qalmasıdır. Artıq pey­ğəmbərlərimiz İsrail oğul­la­rı­na açıq-aydın dəlillər və sübutlar gətirmişdilər. Amma buna baxmayaraq onla­rın çoxu yenə də günahlar etməklə və onlara göndərilən elçilərə müxalif olmaqla Allahın qoyduğu hüdudları aşırlar.

Oxuyucuda aç - Surəni tam oxu

Al-Ma'idah 5:32 · Tlawati