Surə 5 · Cüz 6
Al-Ma'idah · 5:28
لَئِنْ بَسَطْتَ إِلَيَّ يَدَكَ لِتَقْتُلَنِي مَا أَنَا بِبَاسِطٍ يَدِيَ إِلَيْكَ لِأَقْتُلَكَ ۖ إِنِّي أَخَافُ اللَّهَ رَبَّ الْعَالَمِينَ
28. Sən məni öldürmək üçün mənə əl qaldırsan da, mən səni öldürmək üçün sənə əl qaldıran deyiləm. Çünki mən aləmlərin Rəbbi olan Allahdan qorxuram.
Təfsir
Sən məni öldürmək üçün mənə əl uzatsanda, mən sənin etdiyin kimi etməyəcəyəm. Bu heç də mənim səndən qorxduğuma görə deyil, lakin mən məxluqatın Rəbbi olan Allahdan qorxuram.