Surə 5 · Cüz 6
Al-Ma'idah · 5:27
۞ وَاتْلُ عَلَيْهِمْ نَبَأَ ابْنَيْ آدَمَ بِالْحَقِّ إِذْ قَرَّبَا قُرْبَانًا فَتُقُبِّلَ مِنْ أَحَدِهِمَا وَلَمْ يُتَقَبَّلْ مِنَ الْآخَرِ قَالَ لَأَقْتُلَنَّكَ ۖ قَالَ إِنَّمَا يَتَقَبَّلُ اللَّهُ مِنَ الْمُتَّقِينَ
27. Onlara Adəmin iki oğlunun əhvalatını gerçək olaraq danış. O zaman ikisi də qurban vermiş, onların birindən qəbul edilmiş, digərindən isə qəbul edilməmişdi. Qurbanı qəbul olmayan qardaş öz qardaşına demişdi: “Səni hökmən öldürəcəyəm!” Qardaşı da ona belə demişdi: “Allah saleh əməlləri ancaq müttəqilərdən qəbul edər!
Təfsir
Ey Peyğəmbər! Yəhudilərdən olan həsəd aparan zalim kəslərə Adəmin iki oğlu: Qabil və Habilin əhvalatını, bu barədə heç bir şübhə olmadan gerçək olaraq danış. O zaman hər ikisi pak olan Allaha yaxınlaşmaq məqsədi ilə qurban vermiş, Allah Habilin gətirdiyi qurbanı, o, təqva əhlindən olduğu üçün qəbul etmiş, Qabil təqva əhlindən olmadığı üçün isə onun qurbanı qəbul edilməmişdi. Qabil, Habilin qurbanı qəbul olunduğu üçün ona həsəd edib və demişdir: "Ey Habil, Səni hökmən öldürəcəyəm!". Habil də ona belə demişdir: "Həqiqətən Allah, Onun əmrlərini yerinə yetirib, qadağalarından çəkinərək Ondan qorxan kimsənin qurbanını qəbul edər.