Surə 5 · Cüz 7
Al-Ma'idah · 5:108
ذَٰلِكَ أَدْنَىٰ أَنْ يَأْتُوا بِالشَّهَادَةِ عَلَىٰ وَجْهِهَا أَوْ يَخَافُوا أَنْ تُرَدَّ أَيْمَانٌ بَعْدَ أَيْمَانِهِمْ ۗ وَاتَّقُوا اللَّهَ وَاسْمَعُوا ۗ وَاللَّهُ لَا يَهْدِي الْقَوْمَ الْفَاسِقِينَ
108. Bu, onların olduğu kimi şahidlik etmələri və ya andlarının sonradan varislər tərəfindən başqa andlarla rədd edilməsindən qorxmaları üçün daha münasibdir. Allahdan qorxun və qulaq asın! Allah günahkar tayfanı doğru yola yönəltməz.
Təfsir
Hər iki şahidin verdiyi ifadələrə şübhə etdikdə, namazdan sonra onların hər ikisini and içdirmək və şəhidliklərinin qəbul edilməməsi hökmü, onların şəriətə müvafiq qayda da şahidlik etmələri, şahidlik etdikdə ifadələrinə heç bir əlavə və ya naqislik və ya xəyanət etməmələri yaxud andlarının sonradan varislər tərəfindən başqa andlarla rədd edilməsindən qorxmaları üçün daha münasib bir hökmdür. Onların hər ikisi şahid olduğunun tam əksinə and içərək şahidlik edirlər, sonra da yalan danışdıqları bəlli oluduğu üçün rüsvay olurlar. Şahidlik etdikdə və ya and içdikdə yalan danışmaqdan və xəyanət etməkdən çəkinərək Allahdan qorxun və əmr olunduğunuz şeylərə qulaq asıb qəbul edin! Allah Ona itaət etməyənləri xeyirə müvəffəq etməz.