Surə 5 · Cüz 7

Al-Ma'idah · 5:107

فَإِنْ عُثِرَ عَلَىٰ أَنَّهُمَا اسْتَحَقَّا إِثْمًا فَآخَرَانِ يَقُومَانِ مَقَامَهُمَا مِنَ الَّذِينَ اسْتَحَقَّ عَلَيْهِمُ الْأَوْلَيَانِ فَيُقْسِمَانِ بِاللَّهِ لَشَهَادَتُنَا أَحَقُّ مِنْ شَهَادَتِهِمَا وَمَا اعْتَدَيْنَا إِنَّا إِذًا لَمِنَ الظَّالِمِينَ

107. Əgər hər ikisinin gü­nah iş tut­duq­ları aşkar edilsə, o za­man onların ye­rini haqsız­lığa məruz qalanlardan ölən şəxsə daha ya­xın olan iki kişi tutar və onlar: “Əl­bəttə, bizim şa­hid­liyimiz o iki nə­fə­rin şa­hid­li­yin­dən daha doğru­dur və biz həd­di aşmadıq. Əks hal­da biz, şüb­həsiz ki, zalımlar­dan olarıq”– deyə and içərlər.

Təfsir

Əgər and içdikdən sonra hər ikisinin yalandan şahidlik etdikləri və ya yalandan and içdikləri, yaxud hər ikisinin xəyanət etdikləri aşkar edilsə, o za­man qoy onların ye­rinə ölən şəxsə daha ya­xın olan iki kişi, olduğu kimi şahidlik etsin yaxud and içsin və onlar: "Əl­bəttə, bizim o iki nəfərin yalan danışdığına və xəyanət etdiyinə olan şa­hid­liyimiz özlərinin sadiq və əmin insan olmalarına şa­hid­li­k etmələrindən daha doğru­dur. Biz yalandan and içmədik. Əgər biz yalandan şahidlik etsək, əlbəttə ki, zalımlar­dan və Allahın qoyduğu hüdudları aşanlardan olarıq"– deyə Allaha and içərlər.

Oxuyucuda aç - Surəni tam oxu