Surə 5 · Cüz 6
Al-Ma'idah · 5:1
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا أَوْفُوا بِالْعُقُودِ ۚ أُحِلَّتْ لَكُمْ بَهِيمَةُ الْأَنْعَامِ إِلَّا مَا يُتْلَىٰ عَلَيْكُمْ غَيْرَ مُحِلِّي الصَّيْدِ وَأَنْتُمْ حُرُمٌ ۗ إِنَّ اللَّهَ يَحْكُمُ مَا يُرِيدُ
1. Ey iman gətirənlər! Əhdlərinizi yerinə yetirin. İhramda ikən ov ovlamaq qadağan edilməklə yanaşı, adları sizə bildiriləcək heyvanlar da istisna olmaqla, digər heyvanlar sizə halal edildi. Həqiqətən, Allah istədiyi hökmü verir.
Təfsir
Ey iman gətirənlər! Xaliqinizlə öz aranızda və bir-birinizlə bağladığınız bütün əhdlərinizi yerinə yetirin. Sizə həcc yaxud ömrə ihramında ikən çöl ovu ovlamaq haram edilməklə yanaşı, haram olması sizə bildiriləcək heyvanlar da istisna olmaqla, Allah sizə rəhmət olaraq: dəvə, inək və qoyunu sizə halal etdi. Həqiqətən, Allah hikmətinə müvafiq istədiyi halal və ya haram hökmünü verir, bu işdə Onu məcbur və hökmünə etiraz edən bir kimsə yoxdur.