Surə 4 · Cüz 6

An-Nisa · 4:176

يَسْتَفْتُونَكَ قُلِ اللَّهُ يُفْتِيكُمْ فِي الْكَلَالَةِ ۚ إِنِ امْرُؤٌ هَلَكَ لَيْسَ لَهُ وَلَدٌ وَلَهُ أُخْتٌ فَلَهَا نِصْفُ مَا تَرَكَ ۚ وَهُوَ يَرِثُهَا إِنْ لَمْ يَكُنْ لَهَا وَلَدٌ ۚ فَإِنْ كَانَتَا اثْنَتَيْنِ فَلَهُمَا الثُّلُثَانِ مِمَّا تَرَكَ ۚ وَإِنْ كَانُوا إِخْوَةً رِجَالًا وَنِسَاءً فَلِلذَّكَرِ مِثْلُ حَظِّ الْأُنْثَيَيْنِ ۗ يُبَيِّنُ اللَّهُ لَكُمْ أَنْ تَضِلُّوا ۗ وَاللَّهُ بِكُلِّ شَيْءٍ عَلِيمٌ

176. Səndən fitva istəyirlər. De: “Va­li­­deyni və övladı ol­ma­yan kə­sin mirası ba­­rəsində fit­vanı sizə Allah verir: “Öv­ladı ol­ma­yan şəxs öldükdə onun bacı­sı varsa, qoyub get­diyinin ya­rı­sı ba­cı­ya ça­tır. Əgər ölmüş bacının öv­ladı yox­dur­sa, qar­daşı ona varis olur. Əgər va­ris­lər iki bacıdırsa, ölən qardaşın qo­­yub getdiyi­nin üçdə iki his­səsi on­­lara çatır. Əgər varislər qardaş və bacılar­dır­sa, ki­şiyə iki qadı­nın pa­yı qədər pay dü­­şür.” Allah bunu sizə bəyan edir ki, haqq yoldan sapmayası­nız. Allah hər şeyi bi­lir.

Təfsir

Ey Peyğəmbər! Səndən atası və övladı ol­ma­yıb vəfat etmiş kimsənin mirası ba­­rəsində soruşurlar. De: "Allah bunun hökmünü sizə bəyan edəcəkdir. Atası və öv­ladı ol­ma­yan şəxs öldükdə onun doğma yaxud atabir bacısı varsa, qoyub get­diyi malın ya­rı­sı fərz olaraq ba­cı­ya ça­tır. Əgər onunla birgə mirasdan, Allahın fərz etdiyi müəyyən miras payı alan adam yoxdursa, doğma yaxud atabir qardaşı tasiblə (yəni: mirasdan müəyyən payları olmayıb, mirasdan təqdirsiz mala) varis olurlar. Əgər onunla birgə Allahın fərz etdiyi müəyyən miras payı alan adam varsa, o, mirasdan payını aldıqdan sonra, yerdə qalan mal ona çatır. Əgər doğma yaxud atabir bacıların sayı iki və ya ikidən çox olarsa, iki bacı yaxud ikidən çox olan bacıların hamısına, qo­­yub getdiyi­ malın fərz olaraq üçdə iki his­səsi on­­lara çatır. Əgər varislər kişi və qadın olmaqla, doğma yaxud atabir qardaş və bacılar­dır­sa, "Ki­şiyə iki qadı­nın pa­yı qədər pay dü­­şür" qaydasına əsasən onların hamısı mala tasiblə, belə ki, kişinin payı, qadının payından bir dəfə çox olmaqla varis olurlar. Allah, atası və övladı ol­ma­yıb vəfat etmiş kimsənin miras hökmünü və bunda başqa miras ba­­rəsində olan hökmləri sizə bəyan edir ki, haqq yoldan sapmayası­nız. Allah hər şeyi bi­lir və Ona heç bir şey gizlin qalmaz.

Oxuyucuda aç - Surəni tam oxu