Surə 48 · Cüz 26

Al-Fath · 48:27

لَقَدْ صَدَقَ اللَّهُ رَسُولَهُ الرُّؤْيَا بِالْحَقِّ ۖ لَتَدْخُلُنَّ الْمَسْجِدَ الْحَرَامَ إِنْ شَاءَ اللَّهُ آمِنِينَ مُحَلِّقِينَ رُءُوسَكُمْ وَمُقَصِّرِينَ لَا تَخَافُونَ ۖ فَعَلِمَ مَا لَمْ تَعْلَمُوا فَجَعَلَ مِنْ دُونِ ذَٰلِكَ فَتْحًا قَرِيبًا

27. Allah Öz Elçisinin həqi­qət kimi gördüyü yuxusunu gerçəyə çe­virdi. Allah qoysa, siz əmin-amanlıqla, başla­rınızı qırxdırmış, bə­ziləriniz də saç­la­rı­nı qısaltmış halda və qorx­ma­dan Məs­ci­dul-Hə­ra­ma daxil olacaqsınız. Allah si­zin bilmə­diklərinizi bilir. O, bun­dan qa­baq – Məkkəyə girməz­dən əv­vəl sizə yaxın bir qələbə də bəxş edə­cək.

Təfsir

Allah Öz rəsulunun haqq olaraq gördüyü və öz səhabələrinə xəbər verdiyi yuxusunu gerçəyə çevirdi. Onunu yuxusu belə idi ki, o öz səhabələri ilə birlikdə Allahın evini ziyarət edəcək, düşməndən xatircəm olduqları halda, bəziləri saçlarını tam qırxdırmış, bəziləri də onu qısaltmış olaraq ziyarətlərini başa çatdırdıqlarını elan etdikləri halda Məscidul-Hərama daxil olacaqlar. Ey möminlər! Allah sizin bilmədiklərinizi, sizə nəyin məsləhət olduğunu bilir. Bu yuxu gerçəyə çevrilməzdən əvvəl, O sizə yaxın bir qələbə - həmin il Məkkəyə daxil olmağı nəsib edəcək. Bu da, Allahın, Hudeybiyyə sülhünü, ardınca da, Hudeybiyyədə iştirak etmiş möminlərin əli ilə Xeybərin fəthini həyata keçirməsi idi.

Oxuyucuda aç - Surəni tam oxu