Surə 48 · Cüz 26

Al-Fath · 48:26

إِذْ جَعَلَ الَّذِينَ كَفَرُوا فِي قُلُوبِهِمُ الْحَمِيَّةَ حَمِيَّةَ الْجَاهِلِيَّةِ فَأَنْزَلَ اللَّهُ سَكِينَتَهُ عَلَىٰ رَسُولِهِ وَعَلَى الْمُؤْمِنِينَ وَأَلْزَمَهُمْ كَلِمَةَ التَّقْوَىٰ وَكَانُوا أَحَقَّ بِهَا وَأَهْلَهَا ۚ وَكَانَ اللَّهُ بِكُلِّ شَيْءٍ عَلِيمًا

26. Kafirlər öz qəlbində tə­kəbbür­lü­yə – cahillik lovğalı­ğı­na qa­pıl­dıqları za­man Allah Öz Elçisinə və möminlərə mə­nəvi rahatlıq na­zil etdi və on­la­ra təq­va sözünü vacib buyurdu. Onların buna da­ha çox haqqı var idi və ona layiq idi­lər. Allah hər şeyi bilir.

Təfsir

Allaha və Onun rəsuluna küfr edən kimsələr qəlblərində, haqq ilə heç bir əlaqəsi olmayan, əksinə, nəfslərinin istəyinə bağlı olan təkəbbürlüyə – cahillik təkəbbürlüyünə qapıldığı zaman, Hudeybiyyə ilində Rəsulullahın (səllallahu aleyhi və səlləm) Məkkəyə daxil olmağına razılıq vermədilər ki, (ərəblər) onlara Peyğəmbrin onlara qalib gəldiyini irad tutmasınlar. O zaman Allah Öz tərəfindən Öz rəsuluna və möminlərə arxayınlıq nazil etdi, müşriklərin qəzəbləndiyi kimi, onların da qəzəblənməsinə imkan vermədi və möminlərə haqq sözü - "lə ilahə illəllah" kəlməsini və onun haqlarını ödəməyi vacib buyurdu, onlar da onu yerinə yetirdilər. Hamıdan çox möminlərin bu kəlməyə daha çox haqqı var idi və onlar ona layiq idilər. Çünki Allah onları qəlbində olan xeyiri bilirdi. Allah hər şeyi biləndir, heç bir şey Ona gizli qalmaz.

Oxuyucuda aç - Surəni tam oxu