Surə 48 · Cüz 26

Al-Fath · 48:18

۞ لَقَدْ رَضِيَ اللَّهُ عَنِ الْمُؤْمِنِينَ إِذْ يُبَايِعُونَكَ تَحْتَ الشَّجَرَةِ فَعَلِمَ مَا فِي قُلُوبِهِمْ فَأَنْزَلَ السَّكِينَةَ عَلَيْهِمْ وَأَثَابَهُمْ فَتْحًا قَرِيبًا

18. Möminlər Hüdeybiyyədə ağac al­tın­da sənə beyət edər­kən Allah on­lar­dan razı qaldı. Allah onların qəlbində olanı bil­di, on­la­ra mənəvi rahatlıq nazil etdi və onları yaxın bir zəfərlə müka­fatlan­dır­dı.

Təfsir

Möminlər Hüdeybiyyədə Ridvan beyətində - ağac al­tın­da sənə beyət edər­kən Allah on­lar­dan razı qaldı. Allah onların qəlbində olanı imanı, səmimiyyəti və doğrulu bil­di, on­la­rın qəlbinə arxayınlıq nazil etdi və onları yaxın bir zəfərlə - Xeybərin fəthi ilə mükafatlandır­dı. Bu da onlar üçün Məkkəyə daxil olmamalarının əvəzi idi.

Oxuyucuda aç - Surəni tam oxu