Surə 48 · Cüz 26

Al-Fath · 48:17

لَيْسَ عَلَى الْأَعْمَىٰ حَرَجٌ وَلَا عَلَى الْأَعْرَجِ حَرَجٌ وَلَا عَلَى الْمَرِيضِ حَرَجٌ ۗ وَمَنْ يُطِعِ اللَّهَ وَرَسُولَهُ يُدْخِلْهُ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ ۖ وَمَنْ يَتَوَلَّ يُعَذِّبْهُ عَذَابًا أَلِيمًا

17. Döyüşə getməməkdə kora, çolağa, bir də xəstəyə günah yox­dur. Kim Allaha və Onun Elçisinə itaət etsə, Allah onu ağac­ları al­tın­dan çaylar axan cən­nətlərə daxil edər. Kim də üz dön­dər­sə, ona ağ­rı­lı-acılı bir əzab verər.

Təfsir

Allah yolunda döyüşə getməməkdə üzürlü səbəbi olan kora, çolağa, bir də xəstəyə günah yox­dur. Kim Allaha və Onun rəsuluna itaət etsə, Allah onu qəsrləri və ağac­ları al­tın­dan çaylar axan cən­nətlərə daxil edər. Kim də Allaha və Onun rəsuluna itaət etməkdən üz dön­dər­sə, Allah ona ağ­rı­lı-acılı bir əzab verər.

Oxuyucuda aç - Surəni tam oxu

Al-Fath 48:17 · Tlawati