Surə 48 · Cüz 26

Al-Fath · 48:15

سَيَقُولُ الْمُخَلَّفُونَ إِذَا انْطَلَقْتُمْ إِلَىٰ مَغَانِمَ لِتَأْخُذُوهَا ذَرُونَا نَتَّبِعْكُمْ ۖ يُرِيدُونَ أَنْ يُبَدِّلُوا كَلَامَ اللَّهِ ۚ قُلْ لَنْ تَتَّبِعُونَا كَذَٰلِكُمْ قَالَ اللَّهُ مِنْ قَبْلُ ۖ فَسَيَقُولُونَ بَلْ تَحْسُدُونَنَا ۚ بَلْ كَانُوا لَا يَفْقَهُونَ إِلَّا قَلِيلًا

15. Siz Xeybərə qənimətləri götür­mə­yə getdi­yiniz zaman Hüdeybiyyə sülhündən geri qa­lanlar: “Qo­yun biz də sizin arxanızca gələk!”– de­yə­cəklər. On­lar Allahın sözünü dəyiş­dirmək istəyirlər. De: “Siz heç vaxt bi­zim ar­xa­mızca gəl­məyəcəksiniz. Allah əvvəldən sizin üçün belə de­miş­dir”. On­lar: “Xeyr, siz bizə həsəd apa­rırsı­nız”– deyəcəklər. Ək­si­nə, onlar çox az anlayanlardır.

Təfsir

Ey möminlər! Siz Hüdeybiyyə sülhündən sonra Allahın sizə vəd verdiyi Xeybər qənimətlərini götür­mə­yə getdi­yiniz zaman geri qalanlar: “Qo­yun biz də sizinlə birlikdə gedək ki, o qənimətlərdən əldə edək!” – de­yə­cəklər. Döyüşdən geri qalanlar özlərinin bu tələbi ilə Allahın Hudeybiyyə sülhündən sonra yalnız möminlərə Xeybər qənimətlərini əldə edəcəklərinə dair verdiyi vədi dəyişdirmək istəyirlər. Ey Peyğəmbər! De: “Siz əsla bizim arxamızca o qənimətləri götürməyə gəlməyəcəksiniz. Allah bizə, Xeybər qənimətlərinin Hudeybiyyə sülhündə iştirak edənlərə məxsus olduğuna dair vəd etmişdir.” On­lar deyəcəklər: “Sizin bizə, sizinlə birlikdə Xeybərə getməyimizə mane olmağınız heç də Allahın əmri ilə deyil, əksinə, bunun səbəbi sizin bizə həsəd apa­rmağınızdır”. Bu iş heç də döyüşdən yayınan o kimsələrin iddia etdiyi kimi deyil, ək­si­nə, onlar Allahın əmrlərindən və qadağalarından sadəcə az bir şey anlayırlar. Elə buna görə də günaha batmışlar.

Oxuyucuda aç - Surəni tam oxu