Surə 48 · Cüz 26
Al-Fath · 48:14
وَلِلَّهِ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ يَغْفِرُ لِمَنْ يَشَاءُ وَيُعَذِّبُ مَنْ يَشَاءُ ۚ وَكَانَ اللَّهُ غَفُورًا رَحِيمًا
14. Göylərin və yerin hökmranlığı Allaha məxsusdur. O, istədiyini bağışlayır, istədiyinə də əzab verir. Allah Bağışlayandır, Rəhmlidir.
Təfsir
Göylərin və yerin hökmranlığı təkcə Allaha məxsusdur. O, Öz qullarından dilədiyinin günahlarını bağışlayır və Öz ütfü ilə onu Cənnətə daxil edir və dilədiyinə də Öz ədaləti ilə əzab verir. Allah, günahlardan tövbə edən qullarını bağışlayandır, onlara rəhm edəndir.