Surə 46 · Cüz 26
Al-Ahqaf · 46:5
وَمَنْ أَضَلُّ مِمَّنْ يَدْعُو مِنْ دُونِ اللَّهِ مَنْ لَا يَسْتَجِيبُ لَهُ إِلَىٰ يَوْمِ الْقِيَامَةِ وَهُمْ عَنْ دُعَائِهِمْ غَافِلُونَ
5. Allahı qoyub Qiyamət gününədək özünə cavab verə bilməyən əşyalara yalvaran kimsədən daha çox azmış kim ola bilər? Halbuki o bütlər onların yalvarışından xəbərsizdirlər.
Təfsir
Allahı qoyub qiyamət gününədək özünə cavab verə bilməyən bütə tapınan kimsədən daha çox azmış birisi ola bilməz. Onların Allahdan savayı tapındıqları bu bütlər onlara tapınan kimsələrin yalvarışından xəbərsizdirlər. Fayda və ya zərər verməyə isə ümumiyyətlə qadir deyillər.