Surə 46 · Cüz 26

Al-Ahqaf · 46:4

قُلْ أَرَأَيْتُمْ مَا تَدْعُونَ مِنْ دُونِ اللَّهِ أَرُونِي مَاذَا خَلَقُوا مِنَ الْأَرْضِ أَمْ لَهُمْ شِرْكٌ فِي السَّمَاوَاتِ ۖ ائْتُونِي بِكِتَابٍ مِنْ قَبْلِ هَٰذَا أَوْ أَثَارَةٍ مِنْ عِلْمٍ إِنْ كُنْتُمْ صَادِقِينَ

4. De: “Bir deyin görək, si­zin Allah­dan başqa tapındıqla­rınız yer üzündə nə yaratmış­lar? Yoxsa onların göylərin ya­radılma­sında bir şərikliyi var? Əgər doğru danışanlarsınızsa, mənə bundan əv­vəl nazil ol­muş bir kitab və ya elmdən qalan bir əsər gətirin”.

Təfsir

Ey Peyğəmbər! Haqdan üz döndərən o müşriklərə de: “Si­zin Allahdan başqa tapındıqla­rınız bütlər barədə mənə xəbər verin görüm, onlar yer üzündə nə yaradıblar? Onlar dağ yaradıblarmı?! Bəlkə çay yaradıblar?! Yoxsa onların göylərin ya­radılma­sında Allaha bir şərikliyi və o işdə bir payı var?! Əgər bütlərə ibadət etməyinizin haqq olduğuna dair iddianız doğrudursa, mənə Qurandan əv­vəl Allahdan nazil ol­muş bir kitab və ya əvvəlkilərin qoyub getdiyi elmdən qalan bir əsər gətirin”.

Oxuyucuda aç - Surəni tam oxu