Surə 46 · Cüz 26
Al-Ahqaf · 46:25
تُدَمِّرُ كُلَّ شَيْءٍ بِأَمْرِ رَبِّهَا فَأَصْبَحُوا لَا يُرَىٰ إِلَّا مَسَاكِنُهُمْ ۚ كَذَٰلِكَ نَجْزِي الْقَوْمَ الْمُجْرِمِينَ
25. O öz Rəbbinin əmri ilə hər şeyi yerlə yeksan edəcək!” Onlar elə məhv oldular ki, evlərindən başqa heç bir şey görünmədi. Biz günahkar adamları belə cəzalandırırıq.
Təfsir
O, Allahın ona məhv etməsini əmr etdiyi hər bir şeyin üstündən keçərək onu darmadağın edəcək!” Onlar elə məhv oldular ki, evlərindən başqa heç bir şey görünmədi. Bu, özlərindən sonra gələnlərin, onların bundan əvvəl orada yaşadıqlarına şahid olmalarına görə idi. Biz öz küfründə və asiliyində israr edən günahkarları belə ağrılı-acılı əzabla cəzalandırırıq.