Surə 46 · Cüz 26

Al-Ahqaf · 46:24

فَلَمَّا رَأَوْهُ عَارِضًا مُسْتَقْبِلَ أَوْدِيَتِهِمْ قَالُوا هَٰذَا عَارِضٌ مُمْطِرُنَا ۚ بَلْ هُوَ مَا اسْتَعْجَلْتُمْ بِهِ ۖ رِيحٌ فِيهَا عَذَابٌ أَلِيمٌ

24. Nəhayət, o əzabı vadilə­ri­nə doğru gələn bir bu­lud şək­lində gör­dük­də: “Bu bizə ya­ğış yağdıracaq bulud­dur!”– de­di­lər. Hud de­di: “Xeyr! Bu si­zin tez gəl­məsini istədiyiniz – özü ilə ağrılı-acılı əzab gətirən bir küləkdir!

Təfsir

Nəhayət, tez gəlməsini istədikləri o əzabı, göydə vadilə­ri­nə doğru gələn bir bu­lud şək­lində gördük­də dedilər: “Bu, bizə ya­ğış yağdıracaq bir bulud­dur!” Hud onlara dedi: “Xeyr, bu, heç də sizin güman etdiyiniz kimi yağış yağdıracaq bir bulud deyil. Əksinə, bu, si­zin tez gəlməsini istədiyiniz, özü ilə ağrılı-acılı əzab gətirən bir küləkdir!

Oxuyucuda aç - Surəni tam oxu