Surə 45 · Cüz 25

Al-Jathiyah · 45:32

وَإِذَا قِيلَ إِنَّ وَعْدَ اللَّهِ حَقٌّ وَالسَّاعَةُ لَا رَيْبَ فِيهَا قُلْتُمْ مَا نَدْرِي مَا السَّاعَةُ إِنْ نَظُنُّ إِلَّا ظَنًّا وَمَا نَحْنُ بِمُسْتَيْقِنِينَ

32. Sizə: “Allahın vədi haq­dır və o Saata (Qiyamətin qopacağına) heç bir şəkk-şüb­hə yox­dur!”– de­yildiyi za­man: “Biz o Saatın nə oldu­ğu­nu bil­mirik! Onun an­caq bir zənn ol­du­ğunu güman edirik. Biz buna əmin de­yilik!”– de­yir­di­niz”.

Təfsir

Sizə: “Allahın vədi – Öz qullarını dirildəcəyinə və onlara əməllərinin əvəzini verəcəyinə dair onlara verdiyi vədi – haqdır, bunda heç bir şübhə yoxdur, həmçinin, qiyamət saatının yetişməsində də, heç bir şəkk-şübhə yoxdur. Odur ki, o gününüz üçün tədarük görün!”– deyildikdə: “Biz qiyamət saatının nə olduğunu bilmirik! Onun ancaq əsassız bir zənn olduğunu güman edirik. Biz qiyamətin qopacağına əmin deyilik!”– deyə cavab verdiniz.

Oxuyucuda aç - Surəni tam oxu