Surə 45 · Cüz 25
Al-Jathiyah · 45:31
وَأَمَّا الَّذِينَ كَفَرُوا أَفَلَمْ تَكُنْ آيَاتِي تُتْلَىٰ عَلَيْكُمْ فَاسْتَكْبَرْتُمْ وَكُنْتُمْ قَوْمًا مُجْرِمِينَ
31. Kafir olanlara gəldikdə isə, onlara deyiləcək: “Məgər ayələrim sizə oxunmurdumu? Siz isə təkəbbür göstərirdiniz və günahkar adamlar idiniz.
Təfsir
Allaha küfr edən kimsələr gəlincə, onlara məzəmmət edilərək deyiləcəkdir: “Məgər ayələrim sizə oxunmurdumu?! Siz isə onlara iman gətirməyə təkəbbür göstərirdiniz və özünüz də, küfr və günüh işlər görən günahkar bir qövm idiniz.