Surə 45 · Cüz 25
Al-Jathiyah · 45:27
وَلِلَّهِ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ وَيَوْمَ تَقُومُ السَّاعَةُ يَوْمَئِذٍ يَخْسَرُ الْمُبْطِلُونَ
27. Göylərin və yerin hökmranlığı ancaq Allaha məxsusdur. O Saatın (Qiyamətin) gələcəyi gün – məhz o gün yalan danışanlar ziyana uğrayacaqlar.
Təfsir
Göylərin və yerin mülkü təkcə Allaha məxsusdur. Odur ki, nə göydə, nə də yerdə Ondan başqa ibadət olunmağa haqqı olan məbud yoxdur. Qiyamət qopacağı - Allahın ölüləri haqq-hesaba çəkmək və onlara əməllərinin əvəzini vermək üçün dirildəcəyi gün – məhz o gün, Allahdan başqasına tapınan, haqqa batil donu, batilə də haqq donu geyindirən batil əhli ziyana uğrayacaqlar.