Surə 45 · Cüz 25

Al-Jathiyah · 45:26

قُلِ اللَّهُ يُحْيِيكُمْ ثُمَّ يُمِيتُكُمْ ثُمَّ يَجْمَعُكُمْ إِلَىٰ يَوْمِ الْقِيَامَةِ لَا رَيْبَ فِيهِ وَلَٰكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَعْلَمُونَ

26. De: “Allah sizə həyat ve­rir, sonra öldürür, sonra da si­zi gə­lə­cə­yinə heç bir şəkk-şübhə olmayan Qiyamət günü di­ril­dib bir yerə top­laya­caq­”. La­kin in­sanların çoxu bunu bil­mir.

Təfsir

Ey Peyğəmbər! Onlara de: “Allah sizi yaradaraq sizə həyat ve­rir, sonra sizi öldürür, sonra da si­zi, haqq-hesaba çəkiləcəyiniz və əməllərinizin əvəzini alacağınız qiyamət günü di­ril­dib bir yerə toplaya­caq­. O gün mütləq gələcəkdir, buna heç kimin şəkk-şübhə olmasın”. La­kin insanların çoxu bunu bilməz. Elə buna görə də saleh əməllər etməklə o gün üçün hazırlıq görmürlər.

Oxuyucuda aç - Surəni tam oxu