Surə 45 · Cüz 25

Al-Jathiyah · 45:24

وَقَالُوا مَا هِيَ إِلَّا حَيَاتُنَا الدُّنْيَا نَمُوتُ وَنَحْيَا وَمَا يُهْلِكُنَا إِلَّا الدَّهْرُ ۚ وَمَا لَهُمْ بِذَٰلِكَ مِنْ عِلْمٍ ۖ إِنْ هُمْ إِلَّا يَظُنُّونَ

24. Onlar dedilər: “Həyat an­caq bi­zim dünya həyatımız­dır. Ki­mi­­miz ölür, ki­mi­miz də do­ğu­lur. Bizi öldürən ancaq za­man­dır”. Bu haq­da onların heç bir bili­yi yoxdur. Onlar an­caq zən­nə qapılır­lar.

Təfsir

Öldükdən sonra yenidən dirilməyi inkar edən kafirlər belə deyirlər: “Həyat fəqət bi­zim dünya həyatımız­dır və bu həyatdan sonra heç bir həyat yoxdur. Bir nəsil ölüb gedir bir daha geri qayıtmır və ardından yeni bir nəsil də doğu­lur. Bizi ancaq gecə ilə gündüzün bir-birini təqib etməsi öldürür”. Onların öldükdən sonra yenidən dirilməyi inkar etməyə dair heç bilgiləri yoxdur. Onlar yalnız zən­nə qapılır­lar. Zənn isə əsla həqiqət ola bilməz!

Oxuyucuda aç - Surəni tam oxu