Surə 45 · Cüz 25
Al-Jathiyah · 45:23
أَفَرَأَيْتَ مَنِ اتَّخَذَ إِلَٰهَهُ هَوَاهُ وَأَضَلَّهُ اللَّهُ عَلَىٰ عِلْمٍ وَخَتَمَ عَلَىٰ سَمْعِهِ وَقَلْبِهِ وَجَعَلَ عَلَىٰ بَصَرِهِ غِشَاوَةً فَمَنْ يَهْدِيهِ مِنْ بَعْدِ اللَّهِ ۚ أَفَلَا تَذَكَّرُونَ
23. Nəfsinin istəyini ilahiləşdirən şəxsi gördünmü? Allah əzəli elmi sayəsində onu azğınlığa saldı, qulağını və qəlbini möhürlədi, gözünə də pərdə çəkdi. Allahdan başqa kim onu doğru yola yönəldə bilər? Məgər düşünüb anlamırsınız?
Təfsir
Ey Peyğəmbər! Nəfsinin istəyinə uyan və onu özünə məbud hesab edib ona müxalif olmayan kimsəni gördünmü? Allah Öz əzəli elmi sayəsində onu zəlalətə salmışdır. Çünki o, zəlalətə düşməyə layiqdir. Allah onun qulağına və qəlbinə möhür vurmuş və buna görə də o əzaları ona fayda vermir, habelə, onun gözünə pərdə çəkmişdir və bu da onun haqqı görməsinə mane olur. Allah onu zəlalətə saldıqdan sonra, kim onu haqq yola yönəldə bilər?! Məgər nəfsin istəyinə uymağın zərərini, Allahın şəriətinə tabe olmağın da faydasını düşünüb anlamırsınız?!