Surə 45 · Cüz 25
Al-Jathiyah · 45:13
وَسَخَّرَ لَكُمْ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ جَمِيعًا مِنْهُ ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِقَوْمٍ يَتَفَكَّرُونَ
13. Göylərdə və yerdə olanların hamısını O, sizin xidmətinizə vermişdir. Həqiqətən, bunda düşünən adamlar üçün dəlillər var.
Təfsir
Pak və müqəddəs Allah göylərdə olan günəşi, ayı və ulduzları, habelə, yerdə olan çayları, ağacları, dağları və s. sizə ram etmişdir. Sizə bəxş edilən bütün bu nemətlər Allahın lütfü sayəsindədir. Həqiqətən, onların sizin üçün ram edilməsində Allahın ayələri barədə düşünən və onlardan ibrət alan bir qövm üçün Allahın qüdrətinə və Onun vəhdaniyyətinə dəlalət edən dəlillər vardır.