Surə 45 · Cüz 25
Al-Jathiyah · 45:12
۞ اللَّهُ الَّذِي سَخَّرَ لَكُمُ الْبَحْرَ لِتَجْرِيَ الْفُلْكُ فِيهِ بِأَمْرِهِ وَلِتَبْتَغُوا مِنْ فَضْلِهِ وَلَعَلَّكُمْ تَشْكُرُونَ
12. Gəmilərin Onun əmri ilə dənizdə üzməsi və sizin də Onun lütfündən axtarmanız üçün dənizi sizin xidmətinizə verən Allahdır. Bəlkə, şükür edəsiniz.
Təfsir
Ey insanlar! Gəmilərin Allahın əmri ilə dənizdə üzüb getməsi və sizin də müxtəlif halal qazanc yolları ilə Onun lütfündən ruzi axtarmanız üçün dənizi sizə ram edən yalnız Allahdır. Bəlkə, Allahın sizə verdiyi nemətlərə şükür edəsiniz.