Surə 43 · Cüz 25
Az-Zukhruf · 43:59
إِنْ هُوَ إِلَّا عَبْدٌ أَنْعَمْنَا عَلَيْهِ وَجَعَلْنَاهُ مَثَلًا لِبَنِي إِسْرَائِيلَ
59. O, yalnız və yalnız Bizim nemət verdiyimiz və İsrail oğullarına nümunə etdiyimiz bir quldur.
Təfsir
Məryəm oğlu İsa sadəcə Bizim peyğəmbərlik və risalət verdiyimiz Allah qullarından biridir. Uca Allah Adəmi atasız və anasız yaratdığı kimi, onu da atasız yaratmışdır. Beləliklə Biz onu, İsrail oğulları üçün Allahın qüdrətini göstərən bir nümunə etdik.