Surə 43 · Cüz 25
Az-Zukhruf · 43:58
وَقَالُوا أَآلِهَتُنَا خَيْرٌ أَمْ هُوَ ۚ مَا ضَرَبُوهُ لَكَ إِلَّا جَدَلًا ۚ بَلْ هُمْ قَوْمٌ خَصِمُونَ
58. Onlar dedilər: “Bizim məbudlarımız yaxşıdır, yoxsa o?” Onlar bunu sənə yalnız höcət etmək üçün dedilər. Doğrusu, onlar höcətləşən adamlardır.
Təfsir
Onlar dedilər: “Bizim məbudlarımız yaxşıdır, yoxsa İsa?!” İbn Zibəranin və onun bənzərləri bu misalı sənə haqqı bəlli etmək eşqinə yox, yalnız mübahisə etmək eşqinə dedilər. Doğrusu, onlar xilqətcə mübahisəyə can atan bir kimsələrdir.