Surə 43 · Cüz 25
Az-Zukhruf · 43:49
وَقَالُوا يَا أَيُّهَ السَّاحِرُ ادْعُ لَنَا رَبَّكَ بِمَا عَهِدَ عِنْدَكَ إِنَّنَا لَمُهْتَدُونَ
49. Onlar: “Ey sehrbaz! Sənə verdiyi əhd xatirinə Rəbbinə bizdən ötrü dua et, biz də doğru yola gələk”– dedilər.
Təfsir
Onların başına bəzi müsibətlər gəldikdə, Musaya (aleyhissəlam) dedilər: “Ey sehrbaz, Rəbbinin, bizim iman gətirəcəyimiz təqdirdə, əzabı bizdən dəf edəcəyinə dair verdiyi sözə görə, Ona bizdən ötrü dua et ki, əgər əzabı bizdən uzaq etsə, biz mütləq doğru yola gələcəyik”.