Surə 43 · Cüz 25
Az-Zukhruf · 43:48
وَمَا نُرِيهِمْ مِنْ آيَةٍ إِلَّا هِيَ أَكْبَرُ مِنْ أُخْتِهَا ۖ وَأَخَذْنَاهُمْ بِالْعَذَابِ لَعَلَّهُمْ يَرْجِعُونَ
48. Bizim onlara göstərdiyimiz hər bir möcüzə, əvvəlkilərdən daha da üstün idi. Biz onları əzabla yaxaladıq ki, bəlkə, doğru yola qayıdalar.
Təfsir
Bizim Firona və onun qövmündən olan əşrəflərə, Musaın (aleyhissəlam) peyğəmbərliyinin doğru olduğunu sübut etmək üçün göstərdiyimiz hər bir möcüzə, əvvəlkindən daha böyük idi. Biz onları dünyada əzabla yaxaladıq ki, bəlkə, küfrlərindən dönsünlər. Lakin bunun heç bir faydası olmadı.