Surə 43 · Cüz 25

Az-Zukhruf · 43:23

وَكَذَٰلِكَ مَا أَرْسَلْنَا مِنْ قَبْلِكَ فِي قَرْيَةٍ مِنْ نَذِيرٍ إِلَّا قَالَ مُتْرَفُوهَا إِنَّا وَجَدْنَا آبَاءَنَا عَلَىٰ أُمَّةٍ وَإِنَّا عَلَىٰ آثَارِهِمْ مُقْتَدُونَ

23. Biz səndən əvvəl hansı bir şəhərə xəbərdarlıq edən bir pey­ğəm­bər gön­dər­diksə, onun cah-calal içində yaşayan sa­kin­ləri: “Biz ata­larımızı bu yolda gör­dük və biz də onların yo­lu­nu tutub ge­də­cə­yik!”– dedilər.

Təfsir

Ey Peyğəmbər! Onlar yalan danışdıqları və atalarına təqlid etdiklərini dəlil gətirdikləri kimi, səndən əvvəl, hansı bir məmləkətə onun sakinlərini qorxudan bir peyğəm­bər gön­dər­diksə, o diyarın cah-calal içində yaşayan başçıları və böyükləri dedilər: “Biz ata­larımızı dinə və etiqada bağlı olduğunu görmüşük və biz də, onların yo­lunu tutub gedə­cəyik!” Sənin qövmün belə dəlil gətirənlərin birincisi deyil.

Oxuyucuda aç - Surəni tam oxu

Az-Zukhruf 43:23 · Tlawati