Surə 43 · Cüz 25
Az-Zukhruf · 43:22
بَلْ قَالُوا إِنَّا وَجَدْنَا آبَاءَنَا عَلَىٰ أُمَّةٍ وَإِنَّا عَلَىٰ آثَارِهِمْ مُهْتَدُونَ
22. Xeyr! Müşriklər: “Biz atalarımızı bu yolda gördük və biz də onların yolunu tutub gedəcəyik!”– deyirlər.
Təfsir
Xeyr, belə bir şey olmayıb, əksinə, onlar təqlid etdiklərini dəlil göstərib dedilər: “Biz özümüzdən əvvəl atalarımızı dinə və etiqada bağlı olduğunu görmüşük. Onlar bütlərə ibadət edirdilər. Biz də, həmçinin, bütlərə ibadət etməkdə onların yolunu tutub gedəcəyik!”