Surə 42 · Cüz 25
Ash-Shura · 42:9
أَمِ اتَّخَذُوا مِنْ دُونِهِ أَوْلِيَاءَ ۖ فَاللَّهُ هُوَ الْوَلِيُّ وَهُوَ يُحْيِي الْمَوْتَىٰ وَهُوَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ
9. Onlar özlərinə Allahdan başqa himayəçilər götürdülər. Halbuki, Himayədar ancaq Allahdır. O, ölüləri dirildir. O, hər şeyə qadirdir.
Təfsir
Müşriklər özlərini himayə etmək üçün özlərinə Allahdan başqa hamilər götürdülər. Halbuki, haqq himayədar yalnız Allahdır. Ondan başqası nə xeyir verə bilər, nə də zərər. O, qiyamət günü haqq-hesaba çəkmək və etdikləri əməllərin əvəzini vermək üçün onları dirildəcəkdir. O, Pak və müqəddəsdir və heç bir şey Onu aciz qoya bilməz.