Surə 42 · Cüz 25

Ash-Shura · 42:8

وَلَوْ شَاءَ اللَّهُ لَجَعَلَهُمْ أُمَّةً وَاحِدَةً وَلَٰكِنْ يُدْخِلُ مَنْ يَشَاءُ فِي رَحْمَتِهِ ۚ وَالظَّالِمُونَ مَا لَهُمْ مِنْ وَلِيٍّ وَلَا نَصِيرٍ

8. Əgər Allah istəsəydi, on­ları vahid bir ümmət edərdi. Lakin O, istə­diyini Öz mər­hə­mətinə qovuşdurur. Zalım­la­rın isə nə bir hi­mayəçisi olar, nə də bir yardımçısı.

Təfsir

Əgər Allah istəsəydi, on­ları İslam dini üzərində olan tək bir ümmət edər və hamısını Cənnətə daxil edərdi. Lakin O, Öz hikməti ilə istədiyini İslam dininə yönəldir və onu Cənnətə daxil edir. Küfr və asiliklər etməklə öz nəfslərinə zülm etmiş kimsələrin isə nə bir qoruyan himayəçisi olar, nə də Allahın əzabından xilas edən bir köməkçisi.

Oxuyucuda aç - Surəni tam oxu