Surə 42 · Cüz 25

Ash-Shura · 42:6

وَالَّذِينَ اتَّخَذُوا مِنْ دُونِهِ أَوْلِيَاءَ اللَّهُ حَفِيظٌ عَلَيْهِمْ وَمَا أَنْتَ عَلَيْهِمْ بِوَكِيلٍ

6. Allahdan başqası ilə dost­luq edən­lərə Allah Özü nəza­rət edir. Sən on­la­rın mühafizə­çisi deyilsən.

Təfsir

Allahdan başqa bütləri özlərinə dost tutan və onlara ibadət edən kimsələrə Allah özü nəzarət edir və onların əməllərini qeydə alır, sonra da, bu əməllərin əvəzini verəcəkdir. Ey Peyğəmbər! Sən onların əməllərini gözətləməyə təyin edilməmisən və onların əməllərinə görə soru-suala çəkilən deyilsən, sən sadəcə təbliğ edənsən.

Oxuyucuda aç - Surəni tam oxu